“`Texnika Şuşa zonasındadır` deyib, bizi yola verirlər”
Xaçmazın Qımılqışlaq kəndi rayon mərkəzinə yaxın olan kəndlərdən biridir.

Lakin sakinlər deyirlər ki, kənd rayon mərkəzindən 10 dəqiqəlik uzaqlıqda olsa da, ən azı 25-30 dəqiqəyə gedib rayona çata bilirlər. Səbəb isə kəndə gələn 9 kilometrlik yolun tamamilə dağılmasıdır.

Çala-çuxur yollar sakinlərin cibinə də ziyan vurur. Avtomobil idarə edən kənd sakinləri deyir ki, yolun ucbatından hər 3 aydan bir 300-400 manat xərcə düşürlər.

Ən pisi isə yolun dağılmasına görə kəndə çağırılan təcili tibbi yardım maşınlarının gecikməsidir, kənd sakinləri bildirib.

Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Bəxtiyar Osmanov BBC-yə açıqlamasında Qımılqışlaq yolundakı vəziyyətdən xəbərdar olduqlarını və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə yolun yenidən əsaslı təmir olunması istiqamətində danışıqlar apardıqlarını bildirib.

İcra hakimiyyətinin rəsmisi yolun nə zaman çəkiləcəyi ilə bağlı Agentlikdən onlara dəqiq məlumat verilmədiyini deyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən səslənən fikirlərlə bağlı cavab almaq mümkün olmayıb.

Kənddə olarkən sakinlər elektrik xətlərinin yaratdığı təhlükə barədə də danışdılar. Onların sözlərinə görə, kəndin transformatoru 40 il əvvəl quraşdırılıb və həmin tarixdən sonra elektrik xətləri və elektrik dirəkləri yenilənməyib, heç əlavə transformator da qoyulmayıb.

Xaçmaz rayon icra hakimiyyətindən bildirilib ki, kəndlərin elektrik xətləri Sovet dövründən qaldığı üçün onların mərhələli şəkildə yenilənməsinə başlanılıb. Yenilənmə işlərinin Azərişıq tərəfindən aparıldığını deyən Bəxtiyar Osmanov Qımılqışlaq kəndi ilə bağlı da quruma müraciət edildiyini bildirib.

Azərişıq sakinlərin şikayətləri ilə bağlı suallarımızı cavablandırmayıb. Sakinlər deyir əgər aidiyyatı qurumlar qış aylarına kimi kəndin problemlərini həll etməsələr onların yaşayışı daha acınacaqlı vəziyyətə düşəcək.
 //BBC Azərbaycanca//

 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR

Dünyapress TV

Xəbər lenti